"Barsa" 2021-ci ilin fevralına kimi oyunlarını azarkeşlərsiz keçirə bilər
“Barselona” koronavirus pandemiyasının nəticələrini aradan qaldırdıqdan sonra, matçların tamaşaçılarla keçirilməsinin mümkünlüyü ilə bağlı araşdırma aparıb.
Fanat.Az “La Vanguardia”ya istinadən xəbər verir ki, yekun hesabatda “Kamp Nou”ya azarkeşlərin buraxılması ilə bağlı mümkün iki ssenari qeyd olunub. Birinci və əsas plana görə, matçlar 2021-ci ilin fevral ayına kimi bağlı qapılar arxasında oynanıla bilər. Bu variantda bütün turnirlərin vaxtından əvvəl başa çatacağı, “transfer pəncərəsi”nin 15 avqust – 15 sentyabr tarixlərində açıq olacağı güman edilir.
İkinci, nikbin versiyaya görə, La Liqa 15 iyundan avqustun ortalarına kimi oynanılacaq və mövsüm bitəcək. Sözügedən oyunlar azarkeşlərsiz keçiriləcək. Belə olan halda isə futbolsevərlərin tribunalara qayıdışı 15 noyabrda gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək