Baloğlanın konsertində fiasko: Biletlər satılmadı, məhkəməyə verilir
Ötən gün “Yaşıl teatr”da Əməkdar artist Baloğlan Əşrəfovun solo konserti baş tutub.
Oxu.Az xəbər verir ki, konsertdən aylar öncə xeyli internet reklamı, şəhərin müxtəlif məkanlarında bilbordlar, avtobusların üstündə afişalar, TV-də anonslar getsə də, konsertə cüzi sayda bilet satılıb.
Zalın yarıdan çoxu boş olması, səhnə dekorasiyasının olmaması diqqət çəkib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Əşrəfov isə biletin satılmamasına görə konsertin təşkilatçısını (“Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab) günahlandıraraq hətta onu tanımadığını bildirib.
Bütün bu ittihamlara isə Samir Xəttab sosial media hesabında cavab verib:

ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
“Bu gün baş tutmuş Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.
Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil”.
Daha sonra təşkilatçı bildirib ki, müğənnini məhkəməyə verəcək:
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
“Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar…
P.S: Azis, sənin konsertindən sonra adım belə bir yerdə hallandığı üçün bağışla”.
Qeyd edək ki, “Yaşıl teatr” 1800 nəfər üçün nəzərdə tutulub. Dünənki konsertdə isə biletlərin təxminən 20%-i satılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"