"Ballon d'Or"un sahibi müəyyənləşir
“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Ballon d’Or” mükafatının bu ilki sahibi bu gün müəyyənləşəcək.
Dünya futbolunun ən prestijli mükafatlarından olan “Ballon d’Or”u ötən il qazanan Luka Modriç Ronaldo ilə Messinin 10 illik hegemonluğuna son qoymuşdu.
2019-cu ilin “Ballon d’Or” mükafatının qalibi bu gün saat 20:00-da baş tutacaq mərasimdə müəyyənləşəcək.
İlin futbolçusu seçilməyə son 3 namizəd Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”) və Vircil van Daykdır (“Liverpul”).
Mükafatı Ronaldo və ya Messi qazanarsa, bu halda biri digərini “Ballon d’Or” sayında üstələyəcək. Hazırda hər 2 futbolçunun hesabında 5 analoji mükafat var.
Parisin “Teatr ve Opera Binası”nda keçirilən mərasim “France Football”un internet saytı və sosial media hesablarından canlı yayımlanacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək