Ballıca kəndində toyla həyat qayıdır!
Xocalı rayonunun Ballıca kəndində həyat yenidən canlanır. Bu gün kənddə Hüseynovlar ailəsinin böyük sevinc və həyəcanına şahidlik edən toy mərasimi keçirilir. Əmrah və Arzu adlı gənc cütlük ailə həyatı qurur. Minval.info xəbər verir ki, bu toy mərasimi Xocalının Ballıca kəndində baş tutaraq, doğma yurdda yeni bir ailənin təməlini qoyur.
Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi bu torpaqlarda indi toy sədaları eşidilir, yeni ailələr qurulur və həyat yenidən canlanır. Ballıca kəndində keçirilən bu toy mərasimi təkcə bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasını və insanların öz yurdlarına qayıdaraq burada gələcək qurmasını simvolizə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır