27.04.2021 - 13:42
Foto 1 baxış

Bakının mərkəzində iki ağac aşdı, avtomobilə ziyan dəydi - FOTO

Bakıda güclü külək irigövdəli ağacları aşırıb.

Minval.info Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail və Yasamal rayonlarında qeydə alınıb.

Neftçilər prospektində aşan ağac xoşbəxtlikdən ətrafa ziyan vurmayıb, İnşaatçılar prospektində isə, ağac minik avtomobilinin üzərinə aşıb.

Nəticədə “Reno” markalı avtomobilə ziyan dəyib, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: