Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Minval.İnfo-ya verilən məlumata görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda toylar qadağan edildi
Ağstafada TIR 28 yaşlı qızı vurdu
Deputat generalın qohumunun qətlindən danışdı: Oğlum stressdədir