Bakının bu hissəsi qazsız qalacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən Minval.İnfo-ya verilən məlumata görə, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315,159 və 108mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlhamə Quliyevanın oğlu həbs edildi
Ərəb turistlər ölkəmizi tərk edirlər, amma "müqəddəs yer boş qalmır"
“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıb
Qubadakı dəhşətli qəzanın səbəbi bilindi
Azərbaycanda Moskvaya bağlı KQB agenti olması iddiası mübahisə doğurdu
Azərbaycan qızıl hasilatından 180 milyon əldə edib