Bakını ilanlar basıb – Bulvar və ticarət mərkəzlərində sürünürlər – VİDEO
Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.
Bu barədə sakinlər məlumat veriblər. Bildirilir ki, bulvarda bir neçə yerdə ilanla rastlaşılıb.
Bundan başqa da, şəhərin müxtəlif yerlərində sürünənlərə rast gəlinib. Hətta ilanlar insanları gediş-gəliş etdiyi ərazilərə də dadanıblar. Vətəndaşlardan biri “28 Mall”da ilanla rastlaşıb. İlanı ticarət mərkəzinin avtodayanacağında görüblər.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.
İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərindən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Zooloq Xəzər sahilində də ilanlara rast gəlməni adi hal hesab edib:
“Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır.
Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - Video
Tərtərin mərmilər yağan sahələrində məhsul yığımı başladı VİDEOREPORTAJ
Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi
Novxanı çimərliyində ürək sızladan mənzərə - 12 yaşlı oğlan öldü – VİDEO
DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı - Açıqlama
Xocalıda yanğın – Ermənilər təşvişə düşdü - VİDEO