Bakıdan Tonoyanın müharibə sərsəmləməsinə - Cavab

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.
Minval.İnfo xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
“Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”, – deyə XİN-dən bildirilib.
Qeyd edək ki, Vyana görüşündən dərhal sonra Ermənistan Müdafiə naziri David Tonoyan Nyu Yorkda erməni icması qarşısında çıxış edərək, İrəvanın Azərbaycana heç bir torpaq qaytarmayacağını bildirib. O, həmçinin “sülh naminə ərazi” formulu əvəzinə “yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəklərini, hücum bölmələrinin sayını artıracaqlarını” açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı