Bakıdakı Avropa Liqasının finalında daha bir ilk yaşanacaq
İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda daha bir ilk yaşanacaq.
“Report”un məlumatına görə, komandaların həlledici matç üçün iştirak ərizələrinə 18 əvəzinə 23 oyunçu daxil ediləcək. Bununla da ehtiyat oyunçular skamyasında 12 futbolçu yer alacaq.
Finalçılardan “Arsenal” mayın 25-də Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib. Baş məşqçi Unay Emeri final matçında bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Digər finalçı “Çelsi” isə bu gün axşam saatlarında Bakıda olacaq.
Avropa Liqasının finalında həmçinin ilk dəfə Video-Köməkçi Hakim (VAR) sistemindən də istifadə olunacaq.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi