Bakıda yolu keçən qadını maşın belə vurdu – VİDEO
Bakıda piyadavurma hadisəsi kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. “Hyndai” markalı avtomobilin sürücüsü yola çıxmaq istəyir. Bu zaman sağdan maşın gəlib-gəlməməsinə baxır. Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir. Qəfildən hərəkətə gələn sürücü avtomobili düz qadının üstünə sürərək onu vurur. Hadisə nəticəsində qadın xəsarət alır. Sürücü isə avtomobili saxlamaq əvəzinə bir az da irəliyə gedir.
Hadisəyə baxanda ilk baxışdan qəsd kimi görünür. Amma diqqətlə araşdırdıqda sürücü diqqətsizliyi önə çıxır. Belə ki, fikri sağda qalan sürücü piyadanı görmür və onu vurur.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Videonu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"