Bakıda vərəm xəstəsi dispanserdən yoxa çıxdı - FOTO
Paytaxtın Xəzər rayonunda vərəm xəstəsi dispanserdən yoxa çıxıb.
Minval.İnfo xəbər verir ki, rayonun Türkan qəsəbəsində İmanov Aydın Sevər oğlu Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Dispanserindən itkin düşüb. Sonuncu dəfə isə Aydının palata yoldaşları onun ailə üzvlərinə zəng edərək oğullarının ağır xəstə olduğunu təcili xəstəxanaya gəlmələrini istəyib.Dispanserə gələn xəstənin yaxınları övladlarının yoxa çıxdığını görüblər, hələ də onun harada olmasından xəbərsizdilər.
Dispanser əməkdaşları da xəstənin hara getdiyi ilə bağlı məlumatsız olduqlarını bildirirlər.İmanov Aydın Sevər oğlunu görənlərdən və onun haqqında məlumat olanlardan Xəzər rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev yəhudi icmasını təbrik etdi
Səlim Müslümov ev dustaqlığına buraxılıb
Azərbaycanda 14 yaşlı qızın məcburi ərə verilməsinin qarşısı alınıb
Elinanın intiharı işi - direktor müavininin həbsi tələbi rədd edildi
Günün transfer xəbərləri: Zaman azalır, bazar qızışır

