Bakıda üç poliklinika vahid mərkəzə çevrilir
Bakıda fəaliyyət göstərən üç tibb müəssisəsi birləşdirilir. Bu qərar TƏBİB-in tabeliyində olan 9, 21 və 27 saylı poliklinikaların vahid bir müəssisə kimi fəaliyyət göstərməsini nəzərdə tutur.
Minval.info xəbər verir ki, bu addımın əsas məqsədi təkrarlanan inzibati və idarəetmə funksiyalarının aradan qaldırılması, mövcud resursların daha səmərəli bölüşdürülməsi və tibbi xidmətlərin təşkilinin təkmilləşdirilməsidir. Sözügedən poliklinikaların eyni ərazidə yerləşməsi və bir-birinə yaxın olması onların vahid idarəetmə modeli çərçivəsində fəaliyyətini məqsədəuyğun edir.
Yeni idarəetmə modelinə keçidlə əlaqədar olaraq müəssisələrin mövcud ştat strukturu, funksional bölgüsü və kadr ehtiyacı yenidən qiymətləndiriləcək. Struktur dəyişikliklərinin əsasən inzibati və idarəetmə funksiyalarında çalışan əməkdaşları əhatə edəcəyi gözlənilir. Bütün vəzifələr üzrə qərarlar müəssisələrin real fəaliyyət və xidmət ehtiyacları nəzərə alınmaqla qəbul ediləcək. Əmək münasibətlərində hər hansı dəyişiklik isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və qanunvericiliklə nəzərdə tutulan təminatlara tam riayət edilməklə həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ana-oğul rollarında 9 yaş fərqi qalmaqalı
Elgiz Əkbərdən yeni ekran sürprizi!
Nevzat Yakışırboy sürücüyə hücum etdi
Tünzalə Ağayeva yeni imici ilə heyran etdi
Kayya gerberin cinlərlə mübarizəsi: Ruhqovma ayinindən sonra sağaldı