Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs tutuldu
Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki “28 Mall” ticarət mərkəzində baş verib. Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı