Bakıda sürücüləri və sərnişinləri ölümlə hədələyən şəxs yaxalandı - Video
Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
DİN-dən Minval.info-ya verilən məlumata görə, bu, N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil.
O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.
Lakin, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən polislər tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibati həbs olunanların saxlama məntəqəsinə göndərilib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar — VİDEO
27 yaşlı gənc özünü asaraq öldürdü
İstefada olan general-polkovnik vəfat edib
Bakıda gərgin anlar: qadın özünü körpüdən atdı - VİDEO
Tovuzda ağır qəza: yaralılar var
Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında yanğın – VİDEO
Elçiliyə apardıqları kişinin protezini oğurladılar