Bakıda süpürgəçi qadınları maşın belə vurdu VİDEO +16
Bakıda küçələri təmizləyən kommunal təsərrüfat işçilərinin avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir.
Bəzən gündüz saatlarında, bəzən isə hətta gecə yarıdan keçəndən sonra bu işçilərin yolun hərəkət hissəsində dayanaraq təmizlik işləri aparması, yaxud yolu qaçaraq keçməsi baş verir.
Belə vəziyyətdə onların avtomobillər tərəfindən vurulması da kimi acı nəticələr olur. Avtosfer.az-ın təqdim etdiyi iki video Heydər Əliyev prospektində qeydə alınıb. Hər iki hadisə günün qaranlıq vaxtında baş verib. İlk videoda kommunal işçisi yolu keçməyə cəhd edir. Bir zolağı keçir, ikinci zolağın sonuna çatanda isə sürətlə hərəkətdə olan avtomobil onu vurur.
İkinci hadisə də təxminən eyni ərazidə başqa bir vaxtda baş verib. Bu dəfə isə gecə saatlarında qadın yolun hərəkət hissəsində təmizlik işləri görür. Yaxınlaşmaqda olan sürücü onu son anda görə bilir. Həm qadını vurur, həm də avtomobili qaçırdan zaman bardürə deyərək qəza törədir və özü də xəsarət alır.
Bu cür hadisələr təəssüf doğurur. Amma reallıq da budur ki, çox zaman sürücülərin günahı olmur. Baxmayaraq ki, bundan sürücülər əziyyət çəkir.
Videonu təqdim edirik:
https://www.youtube.com/watch?v=R4vcKIhbeKo&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İntihar etmək istəyən məcburi köçkünə ev verildi - AÇIQLAMA
Bu həftəsonundan Novruz tətili başlayır
“Mənə hədə-qorxu gəlmək çətin məsələdir” - İlham Rəhimov
Gəncədə terror təşkil edənin ŞOK görüntüsü və yazışmaları - VİDEO
Rüstəm İbrahimbəyov Azərbaycan əleyhinə daha bir film hazırlayır
Siyavuş Novruzov: “Lazım olsa, dövlət İsa Qəmbərə dəstək verəcək”