04.05.2018 - 13:17
Foto 3 baxış

Bakıda qeyri-adi canlı peyda oldu – Fotolar

Bakının Məhəmmədi kəndində görməyə alışmadığımız quş növü aşkarlanıb.

Milli.Az xəbər verir ki, uzun boğazına rəğmən kiçik bədən ölçüsü, uzun ayaqları və iri caynaqları ilə görənləri təəccübləndirən bu quş kənd sakinlərindən birinin həyətində peyda olub.

Araşdırmamız zamanı bu canlının Azərbaycanda cəmi 1 növü olan kiçik danquşcuq olduğu məlum olub.

Qanadının biri qırıq olan kiçik danquşcuq ona yardım etmək istəyən sakinlərdən birinin əlinə xəsarət yetirib.

Özünü müdafiə etmək üçün uzun boğazını irəli uzadaraq iti dimdiyindən istifadə edən həmin quşun fotolarını təqdim edirik:

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: