Bakıda qadın ərinin başına meyvə qabı və qaz balonu çırparaq öldürüb
Ərini öldürməkdə təqsirləndirilən 25 yaşlı Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Minval.info “ölkə.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Vəliyevanın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan 28 yaşlı Nazim Vəliyev işdən evə qayıdandan sonra həyat yoldaşı 23 yaşlı Tünzalə Vəliyeva ilə ailədaxili məsələ üstündə mübahisə edib.
Mübahisə o həddə çatıb ki, Tünzalə Vəliyeva Nazim Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə Nazim Vəliyev yerə yıxılıb.
Hirsi soyumayan qadın huşsuz vəziyyətdə yerdə qalan həyat yoldaşının başına bu dəfə qaz balonunu bir neçə dəfə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib.
Səsə gələn qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə Sabunçu rayon polis və prokurorluq əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən Tünzalə Vəliyeva saxlanılaraq istintaqa cəlb edilib.
Məlumata görə Nazim Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. Ər və arvadın birgə nikahdan isə iki azyaşlı övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı