Bakıda polis quldurluq edən dəstə üzvlərini tutdu
Bakıda quldurluq hadisəsi baş verib.
“Minval.info”nun xəbərinə görə, hadisə mayın 20-si saat 23 radələrində paytaxtın Nizami rayonu, Babək prospektində qeydə alınıb.
Belə ki, naməlum şəxslər Bakı şəhər sakini R.İskəndərovun 650 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.
Bu zaman ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyü əməkdaşlarının çevikliyi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1991-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-c il təvəllüdlü Rahil Həsənov müəyyən olanaraq saxlanılıblar.
Davam etdirilən tədbirlərlə R.Mirzəyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, balta, 16 çaplı qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xaçmazda intihara cəhdin qarşısı alınıb
“Porsche” avtomobili Bakının mərkəzində qəza törədib - FOTO
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Bakıda yük avtomobili və 1 ton kartof yanıb
Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər
Türkiyədə SAT imtahanı suallarını satan azərbaycanlılar saxlanıldı
Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı