Bakıda poliklinikalar birləşir: Xidmətlər necə dəyişəcək?
Bakıda 9, 21 və 27 saylı poliklinikaların birləşdirilərək vahid idarəetmə modeli əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu addımın inzibati funksiyaların optimallaşdırılması və resurslardan daha səmərəli istifadə məqsədi daşıdığı bildirilir. Lakin bu qərarın dövlət tibb müəssisələrində onsuz da uzun növbələrin və pasiyent sıxlığının yüksək olduğu bir vaxtda xidmətlərin əlçatanlığına və keyfiyyətinə necə təsir edəcəyi sual doğurur.
Minval.info xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova poliklinikaların birləşdirilməsinin pasiyentlərin xeyrinə olmayacağını düşünür. Onun fikrincə, bu dəyişiklik müayinənin keyfiyyətinə və həkimlərin iş yükünə mənfi təsir göstərə bilər. O, qeyd edir ki, icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrində yük artıb və hər bir həkimin xəstə qəbulu ilə bağlı limiti var. Bu səbəbdən, poliklinikaların birləşdirilməsi xidmətlərin keyfiyyətini aşağı sala bilər.
Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov isə struktur dəyişikliyinin ilkin mərhələdə adaptasiya tələb etdiyini bildirir. Onun sözlərinə görə, tibbi personalın sayı azaldılmırsa, xidmətə çıxışda problem olmamalıdır. Əksinə, üç poliklinikanın imkanlarının birgə istifadəsi pasiyentin lazımi müayinədən daha tez keçməsinə şərait yarada bilər. TƏBİB-in də bəyan etdiyi kimi, optimallaşdırma tibbi heyətə toxunmur, yalnız təkrarlanan inzibati funksiyaları əhatə edir.
Həkim-terapevt Məlahət Abbasova isə bu prosesin pasiyentləri nizamlaya biləcəyini düşünür. Onun fikrincə, müraciətlərin bir nöqtədə nizamlanması xəstələrin vaxt itirməsinin qarşısını ala bilər və müayinəsi üçün lazım olan prosedurlar bir mərkəzdə daha əlçatan olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cem Yılmaz səhhətindən xəbər verdi: Vəziyyəti yaxşıdır
Cem Yılmaz ürək spazmı ilə xəstəxanada!
17 yaşlı qız məcburi evlilikdən xilas oldu
Oksana Rəsulova azyaşlıya zorakılığa etiraz etdi
Könül Kərimova və Təranə Qumral barışdı!
Bakıda cütlük toyuna motosikletlə gəldi
Toy sənayesində böhran: Minlərlə insan narahatdır