Xəbər verdiyimiz kimi, Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan APA-ya bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Minval.info xəbər verir ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb. Aysel ölümündə jurnalist kimi tanınan Nurlan Libre (Qəhrəmanlı), onun həyat yoldaşı Əsli ƏlizadəQurban Məmmədli adlı şəxsi günahkar bilib: “Birazdan intihar edirəm. Rahat olun, nə siz, nə də sizinkimilər mənə lazım deyil. Kimlərəsə inandınız, daha doğrusu məndən başqa hamıya… Mən də bayaq son dəfə sevgilimi qucaqlayıb, yola saldım. Son içki və intihar… Necə gözəl səslənir. Onda görərsiniz intiharın ən gözəli necə olur. İntiharımda isə Libre, Əsli və Qurban günahkardır. Mənim üstümdə oyun oynadılar”.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır. “Minval.info” adıçəkilən şəxslərlə A.Ələkbərzadənin əlaqəsini tapmağa çalışıb. Əldə etdiyimiz məlumata görə, Nurlan Qəhrəmanlı ilə Aysel Ələkbərzadə dost olublar. Onların münasibətləri nədənsə pozulub. Bundan sonra bir-birilərinin sirlərini sosial şəbəkələrdə paylaşmağa başlayıblar. Aysel Nurlanın həyat yoldaşı olan Əslinin daha əvvəl jurnalist Təbriz Mirzəyevlə cinsi münasibətdə olduğunu, daha sonra Nurlanla evləndiyini deyib. O, Nurlanla Təbrizin birlikdə fotosunu paylaşıb, onlara atmaca atıb.

Qurban Məmmədli isə ötən gün Aysel haqqında geniş status yazıb. O, sonuncunu təhdid etməkdə, çantaj yolu ilə pul almaqda günahlandırıb: “İndi feminist davası edən Aysel Ələkbərzadə günahı olmayan xeyli adamları şantaj edərək, ziyan vurub. Feministlər bundan nəticə çıxarmalıdır. Yoxsa onlar da polisə işləyən, camaatı şərə salan Aysel Ələkbərzadə kimi tanınacaqlar. Bu adamı ümumiyyətlə, siyasi mövzulardan uzaq tutmaq lazımdır. Bu arada, Gunel Mövluda çatdırın ki, bu da onun inqilabçısı… Aysel Ələkbərzadənin atasının mayor olub, özümü hədələdiyi səs yazısı var. Bu adam pulu görə hər şey edə bilər”.

Nurlan Qəhrəmanlı da Ayselin intiharından öncə onun haqqında paylaşım edib: “Mənim səmimiyyətimdən istifadə edərək səsini yazan və Avropada yaşayan AXCP fəallarına satan Aysel Ələkbərzadə məni həyat yoldaşımla şanaj edir. İstəmir səsləri satdığını ictimailəşdirim. Buna görə də, həyat yoldaşımın mənlə evlənərkən bakirə olmadığını ictimailəşdirəcəyilə təhtid edir. Sanki bakirə olmayan biri ilə evlənmək günah imiş kimi… Mən evlənmək istəyəndə ailəmə Əslinin bakirə olmadığını demişdim. Ona görə də evliliyə ilk başda razı olmamışdılar (sonradan razılaşma səbəblərini bilirsiz) Bundan utanmıram və çəkinmirəm. Bəkarət fərdi qərardır. Evlənəndə nə Əsli bakirə olub nə də ki, mən bakir. Bu mənim üçün problem deyil. Bəkarət mövzusu onlarla ailənin yaranmamış dağılmasına səbəb olub. İmkan verməyəcəm mənim ailəm dağılsın! Əsli Əlizadə indi yanımdadı. Psixolojik durumu sabit deyil. Çalışdıqca dəstək oluram”.

Minval.İnfo