Bakıda “Oba” marketə basqın - seyfdəki pulları oğurladı
Paytaxtın Nəsimi rayonunda yerləşən marketə basqın olub.
Hüquq-mühafizə orqanlarından “Minval.İnfo”ya verilən məlumata görə, hadisə aprelin 30-da paytaxtın Azadlıq prospekti 108 ünvanında yerləşən “Oba”marketdə qeydə alınıb. Marketə daxil olan şəxs orada satıcı işləyən, 1992-ci təvəllüdlü Quliyeva Fatimə Bəhram qızını ülgüclə hədələyərək dəmir seyfi açmağa məcbur edib. O, seyfdə olan 2400 manat pulu götürərək hadisə yerini tərk edib.
Araşdırmalar nəticəsində quldurluq əməlini törədən şəxsin elə həmin marketdə işləyən, 1993-cü il təvəllüdlü Zaynali Nicat Abuzər oğlu olması müəyyən edilib. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı