Bakıda "Niva şou": Özünü qızlara göstərmək istədi, "avtoşluq" etdi - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Avtosfer.az xəbər verir ki, 99 RT 100 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü Rüfət Mustafazadə Neftçilər prospektində avtoxuliqanlıq hərəkətləri edib.
O, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının baş inspektoru Fariz Əliyev tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri digər avtomobildə olan qızlar tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Eyni zamanda, “Təhlükəsiz şəhər” kameraları vasitəsilə aşkarlanmış görüntülər və toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına görə, sürücülük hüququ olmayan 17 yaşlı Rüfət Mustafazadə 800 manat məbləğində cərimə olunub.
O, əməlindən peşman olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"