31.08.2018 - 10:54
Hadisə 15 baxış

Bakıda nazirliyin vəzifəli əməkdaşı vəfat etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.

Minval.info “Report”a istinadən xəbər verir ki, ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 53 yaşında dünyasını dəyişib.

Qeydedək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: