Bakıda narkotik tacirləri ələ keçdi - FOTO
Nəsimi Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində Rəşad adlı şəxsdən aldığını bildirib.
Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək, həmin şəxsi, Bakı şəhər sakini Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu Polis Şöbəsinə gətiriblər. Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3.635 qram psixotrop maddə olan metamfetamin, 10,745 qram tiryək, beş ədəd “Metodon” həbi və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tovuzda 8 yaşlı uşaq yanıb
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə həlak oldu
Atları öldürüb, dirəkdən asan şəxs tutuldu
Azərbaycanda rüşvətdə ittiham olunan vəzifəli şəxs həbs olundu
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Azərbaycanda qaraj partladı: 1 uşaq öldü, 2-si yaralandı
Ermənistan cəbhə xəttində mülki əhaliyə qarşı TƏXRİBAT