Bakıda mənzil qiymətləri niyə kəllə-çarxa çıxıb? – Ekspert rəyi
Bakıda daşınmaz əmlak bazarında qiymətlərin artımı müşahidə olunmaqdadır. Şəhər üzrə mənzillərin bir kvadratmetrinin orta satış qiyməti təxminən 4 min manat təşkil edir.
Minval.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə, son aylarda mənzillərin satış və kirayə qiymətlərində dəyişikliklər baş verib.
Vüqar Oruc qeyd edir ki, Bakıya bölgələrdən əhalinin axını səbəbindən kirayə və alqı-satqı bazarlarında tələbat tam qarşılanmır. Bu da qiymət artımının əsas səbəblərindən biridir. İlin ilk yarısında bazarda müəyyən passivlik olsa da, qiymət artımı davam edib.
ƏLAQƏLİ
Ağdaşda heyvan bazarı yenidən canlanır: Müasir standartlarla satışa start verildi
Ekspert bildirir ki, qiymət artımına tələb və təklif, mənzillərin investisiya cəlbediciliyi, inflyasiya, urbanizasiya, tikinti materiallarının və işçi qüvvəsinin qiymətlərinin yüksəlməsi kimi amillər təsir edir. Hazırda Bakıda ən yüksək satış qiymətləri Nəsimi rayonunda qeydə alınıb, burada bir kvadratmetr üçün qiymətlər 17-18 min manat arasında dəyişir.
Vüqar Oruc əlavə edir ki, qiymət artımının daha sürətli olduğu sahələr torpaq sahələri və karkas mərhələsində olan tikililərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda "plastik cərrah" əməliyyatı: Saxta sənədlərlə Tibbi xidmət?
Maaşlar niyə qiymət artımına çatmır? – Ekspertlərdən diqqətçəkən təkliflər
Yağışın rəqsi: Gədəbəydən balakənə qədər leysan romantikası
Bakıda ev almaq istəyənlər üçün xəbərdarlıq: Qiymətlər nə zaman enəcək?
Təhsil haqqı artır: Ödədiyimiz məbləğ keyfiyyətə dəyərmi?