29.09.2026 - 12:08
Bakıdakı Məhəmməd Xiyabani küçəsində evlər işarələnib, yeni yol layihəsi hazırlanır
Ölkə 2 baxış

Bakıdakı Məhəmməd Xiyabani küçəsində evlər işarələnib, yeni yol layihəsi hazırlanır

Bakı şəhərinin Məhəmməd Xiyabani küçəsindəki bəzi yaşayış evlərinin sökülməsi planlaşdırılır. Bu qərarın həyata keçirilməsi üçün artıq ərazidəki evlər işarələnib.

Minval.info xəbər verir ki, bu işarələmə evlərin plana daxil edildiyini göstərir. Ərazidə yerləşən 18 evin sahiblərinə ilkin olaraq 2700 manat məbləğində kompensasiya təklif olunub. Lakin sonradan bu məbləğin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib ki, bu da sakinlər tərəfindən müsbət qarşılanıb.

Sakinlər evlərin sökülməsinin nəzərdə tutulduğunu təsdiqləsələr də, işlərin nə zaman başlanacağı hələ ki məlum deyil.

Söküləcək evlərin yerində həyata keçiriləcək layihə barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib. Yeni layihə çərçivəsində, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsindən Qaradağ rayonu istiqamətinə qədər yeni yolun salınması planlaşdırılır. Bu çərçivədə tunel tipli yol ötürücüsü, dairəvi hərəkət təşkil edən yol ayrıcı və Qaradağ istiqamətinə yan yolun yaradılması nəzərdə tutulur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: