Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı
Bakıda tələbələr arasında kütləvi dava düşüb – bıçaqlananlar var
Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb.
Minval.info-nun ONA-ya istinadən xəbərinə görə, hadisə Azadlıq metrosunun yaxınlıqdakı parkda baş verib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.
Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə sahillərində 4,5 bal gücündə zəlzələ olub
Azərbaycanda polisin tutduğu şəxs qaçıb... - TƏFƏRRÜAT
Şəkidə 21 yaşlı qız intihar edib
Tanınmış teleaparıcıya qarşı cinayət: İşə polis qarışdı
