Bakıda klinikaya pulu çatmayan həkim dövlət xəstəxanasında öldü

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.
Minval.info Report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.
Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb.
Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin QRAFİKİ və QİYMƏTLƏRİ
Ronaldo "Mançester Yunayted"də qalmağa qərar verdi
“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı
Azərbaycanda daha 577 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
Azərbaycanda koronavirus sayında yeni rekord
Səs-küy insulta səbəb ola bilər
Fədayə Laçına HÖKM OXUNDU