Bakıda haker Instagram hesabını sındırmaq üçün nikah şəhadətnaməsi tələb edir (VİDEO)
İndiki dövrdə çox az insan tapılar ki, sosial şəbəkəlrdə hesabı olmasın. Amma sosial şəbəkələrdən istifadə qədər buradakı hesabların təhlükəsizliyi də əhəmiyyət daşıyır.
Son zamanlar isə elə həmin sosial şəbəkələrin özündə bəzi işbazlar peyda olub. Özlərini xaker adlandıran bu şəxslər pul qarşılığında şifrə sındırmağı təklif edirlər. Bəziləri isə bu işi görmək üçün hətta sifarişçidənnikahşəhadətnaməsitələb edir. Baxmayaraq ki, bu işlə məşğul olmağın özü cinayət əməlidir.
Başqasının facebook hesabını sındırmaq 100 manat və vatsap yazşımalarını əldə etmək isə cəmi 35 manata..
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Həmçinin şəxsi həyata müdaxilə edən əlavəbəzi xidmətlər də təklif olunur. Qarşı tərəfin şəxsi foto və videolarına baxmaq,harda olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışdığı izləməyin yollarını da öyrədirlər. İnternetdə bu xidmətləri təklif edən hakerlər açıq şəkildə internetdə elan verirlər.
Bəziləri isə qarşı tərəfdən yalnız pul istəmir.Özünü xaker kimi təqdim edən bu şəxs evli insanların parollarını nigah şəhadətnaməsi olmadan sındırmadığını deyir.
https://www.youtube.com/watch?v=qy2NDHFMSKg
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
Dırnaqarası xakerin sözlərinə görə, parol sındırmaq üçün əsas lazım olan məhz nigah şəhadətnaməsidi.O özünə bu yolla bəraət qazandırmaqla yanaşı düzgün atdım atdığını düşünür.
Mütəxəsislərdə hesbların sındırılmasının mümkünsüzlüyünü istisna etmir.Lakin bəzi qabaqlayıcı tədbirlərlə bunun qarşısını almaq olur.Çətin parol seçməklə və hesaba daxil olanda bir istifadəlik mobil sms xidmətini aktivləşdirməklə təhlükəsizliyi təmin etmək mümkündür.
İşin hüquqi tərəfinə gəldikdə isə başqasının şəxsi internet hesabını sındıranlarla yanaşı bunu sifariş edənlər dəAzərbaycan qanunnvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır. Başqasının hesabına müdaxilə edən şəxsi iki ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş