Bakıda dizel yanacağı ilə bağlı rəsmi açıqlama

Altı ayda Bakıda dizel yanacağı istehsalı 6 faizədək artıb.
Bakı Şəhər Statistika İdarəsindən Minval.İnfo-ya bildirilib ki, bu ilin yanvar-iyun aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 593,7 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,4 faiz artıb.
Yarım ildə yanacaq mazutunun istehsalı 86,2 faiz, avtomobil benzininin istehsalı 0,6 faiz azalıb.
Ağ neftin istehsalı 2,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 14,8 faiz, dizel yanacağı istehsalı 5,9 faiz, sürtkü yağlarının istehsalı 3 dəfə, neft bitumunun istehsalı 79,6 faiz, neft koksunun istehsalı isə 22,8 faiz artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər