19.12.2019 - 12:45
İdman 1 baxış

Bakıda dilənçilər futbolçunu soydu

“Zirə”nin futbolçusu Mfo Kqasvane soyulub.

Minval.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonunda baş verib.

Afrikalı futbolçunu dilənçilər qarət edib. Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov polisə müraciət edib.

O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana vətəndaşı Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.

Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.

Qeyd edək ki, əcnəbi futbolçu “Zirə”də 23 nömrə altında çıxış edən hücumçudu.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: