Bakıda cərimədən yayınmaq istəyən şəxs, özünü Corc Floyd kimi apardı – VİDEO + RƏSMİ AÇIQLAMA
Ötən gün Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünə xəsarət yetirməyə çalışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Hadisə ötən gün “28 Mall”un qarşısında baş verib. İddialara görə sözügedən şəxs xarici vətəndaş olub və tibbi maskadan istifadə etmədiyə görə polis tərəfindən cərimə olunub. Buna görə etiraz edən vətəndaş, özünə xəsarət yetirməyə çalışıb.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, yayılan videgörüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib: “Həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb. Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir”.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
E.Hacıyev onu da diqqətə çatdırıb ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməsi məcburidir: “Tbbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.
Qeyd edək ki, bəhs edilən şəxsin cərimədən yayınmaq üçün ingiliscə işlətdiyi sözlər diqqət çəkib. Onun ingiliscə dediyi “i can’t breathe” (nəfəs ala bilmirəm) ifadəsi ABŞ da baş verən qaradərili Corc Floyd qətlindən sonra sloqana çevrilib. Belə ki, Corc Floyd polis tərəfindən zorakılığa məruz qalıb öldürülməmişdən əvvəl həmin sözləri işlətmişdi.
https://youtu.be/CyBl4bcW-Wo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu