Bakıda BU DA OLDU: oğurladığı malı həmin dükana satdı
Bakıda qeyri-adi oğurluq hadisəsi olub.
“Minval.info”nun məlumatına görə, hadisə paytaxt ərazisindəki oyuncaq mağazalarından birində qeydə alınıb.
Belə ki, naməlum şəxs mağazaya daxil olur və qapını açan kimi vitrindəki məhsulun birini götürür. Daha sonra kassaya yaxınlaşaraq, əlindəki qutunu keçən həftə aldığını və geri qaytarmaq istədiyini bildirir. Hətta kassirlə danışarkən, “alınmırsa canınız sağ olsun” deyə, səmimilik görüntüsü də yaradır.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Həmin məhsulun qiymətinin isə 25 manat olduğu bildirilir.
Onun bu hərəkətləri mağazanın təhlükəsizlik kamerasına həkk olunub. Videonu səsləndirən mağaza sahibi isə dələduzun bu hərəkətini kinayə ilə “Oskar” mükafatına layiq olduğunu dilə gətirib.
Görüntüləri təqdim edirik:
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO