Bakıda Braziliya Cui-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq seminar təşkil olunub
Bakıda Azərbaycan Braziliya Cui-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq seminar təşkil olunub.
Seminar Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olan Braziliyalı ustad, 6-cı dan qara kəmər sahibi Professor Eduardo Sardellanın başçılığı ilə keçirilib.
Seminarı çıxış sözü ilə açan Azərbaycanda Braziliya Ciu-Citsu döyüş sənətinin banisi , 2-ci dan qara kəmər ustası Taleh Həsənov Eduardo Sardellanın ölkəmizə səfərindən məmnunluğunu bildirib.
Tədbirdə çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov bunun Sardellanın ölkəmizə ikinci səfəri olduğunu bildirib və dəfələrlə bu kimi dünyaca məşhur ustadları Azərbaycana gətirdiklərini qeyd edib.
Onun sözlərinə görə bu tədbirləri keçirməkdə məqsəd idmançıların, müəllimlərin və hakimlərin peşəkarlıq səviyyəsini qaldırmaq və ölkəmizdə döyüş sənətini daha da inkişaf etdirməkdir.
Həmçinin İctimai Birliyin sədri Fuad Kərimov çıxış edərək Braziliya ciu citsu idman növünün ölkəmizdə inkişafı naminə planlardan danışıb və idmançılara uğurlar arzu edib.
İctimai Birliyin rəsmisi Anar Səfərov bugünə qədər görülən işlərin və keçirilən tədbirlərin müsbət nəticələrindən söz açıb. Azər Beydullayev isə fəaliyyətlərinin məqsəd və perspektivləri barədə çıxış edib, idmançılara uğurlar arzulayıb.
Seminarda çıxış edən E.Sardella idmançılara seminar öncəsi uğurlar arzu edib. Daha sonra idmançılar imtahan verərək atestasiyadan keçiblər və kəmər dərəcələri alıblar.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, seminar zamanı İctimai Birliyin təsisçisi Taleh Həsənov 3-cü dan qara kəmərə layiq görülüb. Həmçinin İctimai Birliyin prezidenti Aqil Acalov da Sardella tərəfindən atestasiyadan keçərək, yüksək dərəcəyə-qəhvəyi kəmərə layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək