10.08.2026 - 19:47
Kriminal
70 baxış
Restoranda iki qardaşı bıçaqlayan Namiq Şirinliyə ağır cəza tələbi: Prokuror cəzasını açıqladı
Bakının Sabunçu rayonunda baş vermiş qanlı insidentlə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Tanışlarına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi tutulub.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror Namiq Şirinlinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Məhkəmənin növbəti iclası avqustun 19-na təyin olunub.
Qeyd edək ki, qalmaqallı hadisə 2025-ci il sentyabrın 25-də Sabunçu rayonundakı restoranların birində qeydə alınıb. Namiq Şirinli məkanda əyləşən Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşaraq onlardan pul tələb edib. Tərəflər arasında yaranan mübahisə nəticəsində N.Şirinli üzərində gezdirdiyi bıçaqla hər iki qardaşa zərbələr endirib.
Faktla bağlı Namiq Şirinliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (Silahdan və ya silah kimi istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Açar sözlər:
#ağır
#Asəf Qazıyev
#Bakı Ağır Cinayətlər Məhkəməs
#Bakının Sabunçu
#Namiq
#Namiq Kərimov
#Namiq Şirinli
#prokuror
#Prokuror Namiq Şirinli
#Şirinli
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
21.10.2026 - 13:14
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
21.10.2026 - 13:04
Raqif Abbasovun 12 il həbsi tələb edildi
21.10.2026 - 12:54
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
21.10.2026 - 11:34
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
20.10.2026 - 16:34
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
11.10.2026 - 11:34
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
10.10.2026 - 16:38