10.08.2026 - 20:36
Ölkə 221 baxış

5 aydır bağçaya qəbul olunub, amma gedə bilmir: Bakıda valideynin etirazı – Rəsmi açıqlama

Bakı şəhərində yaşayan bir valideyn övladının aylardır qəbul edildiyi məktəbəqədər təhsil müəssisəsinə daxil ola bilməməsindən şikayətlənir. Mart ayında mərkəzləşdirilmiş elektron sistem vasitəsilə Hövsan MİDA yaşayış kompleksində yerləşən bağçaya qeydiyyata düşən körpə hələ də təlim-tərbiyə prosesinə qoşula bilməyib.

Minval.info xəbər verir ki, valideyn lazımi sənədləri müəssisəyə təqdim etsə də, bağça rəhbərliyi tərəfindən pedaqoji heyət və adekvat qrup çatışmazlığı bəhanə gətirilərək uşaq qəbul edilməyib. Problemlə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi müraciət edən vətəndaş hələ də müsbət cavab ala bilmədiyini vurğulayır.

Mərkəzləşdirilmiş platformadakı məlumatlara əsasən, azyaşlı 353 nömrəli uşaq bağçasının 3-4 yaş qrupuna rəsmi olaraq daxil edilib.
Məsələyə münasibət bildirən Bakı Şəhəri üzrə Təhsil İdarəsi sözügedən bağçada yeni qrupun komplektləşdirildiyini və sentyabr ayından etibarən fəaliyyətə başlayacağını açıqlayıb.

Qurumdan həmçinin qeyd olunub ki, müəssisənin kadr təminatı ilə bağlı müvafiq işlər tam sürətlə davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: