Bakıda avtoşluq edib qəza törədən sürücü ilə bağlı açıqlama - VİDEO
Paytaxtda “Mercedes Galendewagen”lə svetoforun qırmızı işığından sürətlə keçib, daha sonra qəza törədən sürücü ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Sürücünün bu hərəkəti ictimai qınağa səbəb olub.
“Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.
O bildirib ki, hadisə 29 mart saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb:
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, “Mercedes Galendewagen” markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsən oğlu, Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, “Mercedes ML” markalı avtomobillə toqquşub.
Sürücünün qırmızı işıqda keçməsi həm də təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb və sənədləşdirilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunub.
https://www.youtube.com/watch?v=-kd9Z_jwUdU&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"