Bakıda avtomobilin vurduğu piyada başqa nəqliyyat vasitəsinin altında qalıb - FOTO - VİDEO
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb. ONA-nın xəbərinə görə, hadisə Bayıl qəsəbəsi ərazisi, Bayıl şossesində baş verib.
1934-cü il təvəllüdlü Məmmədov Cəmil Məlik oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidə yolu keçərkən onu “Chevrolet” markalı avtomobil vurub. Zərbənin təsirindən C.Məmmədov “Hyundai” markalı digər avtomobilin yoluna düşüb və onun təkərləri altında qalıb.
Nəticədə C.Məmmədov hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Qəzada iştirak edən hər iki sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, istintaq araşdırmaları aparılır.

https://www.youtube.com/watch?v=oOtgJ2CjihM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO
