Bakıda avtobusda qorxulu anlar - VİDEO

Dəfələrlə paytaxtda fəaliyyət göstərən bəzi marşurt avtobuslarının texniki sazlığı yoxlanılmadan xəttə buraxılması ilə bağlı xəbərlər təqdim etmişik. Ancaq, nə fayda hələ də bəzi sahibkarlar bundan bir nəticə çıxarmırlar. İndi təqdim edəcəyimiz görüntülər isə 32 saylı marşurt avtobusunda qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, avtobus hərəkətdə ola-ola qəfildən içərisini tüstü basır. Sərnişinlər isə təşviş içərisində sürücüyə avtobusu saxlamagı təkid edirlər.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Bundan sonra sürücü avtobusu yolda saxlayaraq sərnişinləri avtobusdan düşürür. Sonra isə elə bu vəziyyətdə də yoluna davam edir.
Hadisə metronun Neftçilər stansiyası istiqamətinə hərəkət edən 32 saylı marşurt avtobusunda qeydə alınıb. Elə görüntülər də avtobusun içərisində olan sərnişinlərin biri tərəfindən çəkilərək Xəzər Xəbərin vatsap nömrəsinə göndərilib. Məlumata görə, avtobus hərəkətdə olarkən qəfildən təkərləri alışmağa başlayıb və içərisini tüstü börüyüb. Nəticədə də sərnişinlər arasında təşviş düşüb.
Məsələ ilə bağlı 32 saylı marşurt avtobusunun sahibkarı Tahir İbrahimov Xəzər Xəbərə bildirdi ki, avtobus hərəkətdə olan zaman turbo sistemi dağılıb.Buna görə də tüstü burxamağa başlayıb. Sərnişinlər düşürdüləndən sonra avtobus təmir olunmaq üçün depoya göndərilib. Hazırda da avtobusun təmiri işləri aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO