02.05.2019 - 15:09
Hadisə 5 baxış

Bakıda ahıl kişi kimin sifarişi ilə döyülüb? - Şok hadisə - Foto

Bakıda ahıl kişi naməlum şəxslər tərəfindən döyülüb.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda, Səməd Vurğun parkında qeydə alınıb.

Belə ki, naməlum şəxslərin hücumuna məruz qalan ahıl kişi ağır xəsarət alıb.

Şahidlərin sözlərinə görə, kişi parkda istirahət edən bir xanımın sifarişi ilə döyülüb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. O, təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: