13.03.2023 - 12:11
Hadisə
41 baxış
Bakıda 39 yaşlı müəllim əməliyyatdan sonra niyə ölüb? - AÇIQLAMA
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva 11.03.2023-cü il tarixində bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Çox ağır vəziyyətdə olan xəstəyə lazimi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb.
Arzu Əliyeva əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-ə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu
qoyulub.
Qeyd edək ki, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfıra bərabərdir.
Xatırladaq ki, Bakıda ibtidai sinif müəllimi qəfil dünyasını dəyişib.
Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın halı qəfil pisləşib və xəstəxanada vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Buzovnada 2 yaşlı uşağın faciəvi ölümü
22.10.2026 - 11:34
Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi
21.10.2026 - 16:34
Bakıda uşaq təhsil mərkəzində autizmli uşağa şiddət tətbiq edildi
21.10.2026 - 16:04
Paris mağazasının sahibi talandan sonra ağır vəziyyətdədir
21.10.2026 - 12:24
Lerikdə qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
21.10.2026 - 10:14
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
