Bakıda 27 nəfərin xəsarət aldığı dəhşətli qəzanın görüntüləri - Video
Bakıda ötən gün sərnişin avtobusu qəzaya uğrayıb.
Minval.info xəbər verir ki, hadisə aeroport yolunda, “Buta Palace” yaxınlığında qeydə alınıb.
Belə ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib, araşdırma aparılıb.
Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.
Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov “Report”a bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.
Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.
Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.
Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO