Bakı Tikiş Evinin qarşısında izdiham - VİDEO
Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında izdihamla bağlı növbəti görüntülər yayımlanıb.
Bu barədə sosial şəbəkədə paylaşım edilib.
Görüntülərdən aydın olur ki, məktəbin açılmasına sayılı günlər qaldığı bir zamanda valideynlər Bakı Tikiş Evinə sözün əsl mənasında “hücum” ediblər.
Valideynlər övladlarına məktəbli forması almaq üçün saatlarla növbədə dayanıb, izdiham yaşanıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.
Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdə də yeni formaların hələ məcburi olmadığını açıqlayıb: “Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur məcbur etsin ki, bu forma olmalıdır”.
Yeni formaların satışına avqustun 17-dən başlanıb, “Bravo” marketdə də satışa çıxarılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elçibəyin anım GÜNÜDÜR
Direktor müavini qadın müğənnini otelə dəvət etdi — FOTOFAKT
İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti ilə görüşüb
Fatih Terim yenidən "Qalatasaray"ın baş məşqçisi ola bilər
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib
Tramp İranla müharibə etmək hüququndan məhrum edildi