11.08.2026 - 14:35
Ölkə 16 baxış

Bakı sakinlərinə yağış sürprizi: Hava necə dəyişəcək?

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gün ərzində bəzi bölgələrdə yağış yağacağı ehtimal edilir.

Minval.info xəbər verir ki, bu məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb. Proqnoza görə, mülayim şimal-qərb küləyi əsəcək.

Gecə saatlarında havanın temperaturu 22-25° isti, gündüz isə 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % arasında dəyişəcək.

Azərbaycanın digər rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə leysan xarakterli intensiv yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Rayonlarda gecə temperaturu 22-26° isti, gündüz isə 32-37° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 14-18° isti, gündüz 20-25° isti gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: