12.04.2018 - 23:14
Video
1 baxış
Bakı-Qazax magistralında 160 sürətlə "uçan" avtobus - VIDEO

Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir.
Minval.İnfo xəbər verir ki, kadrlar Bakı-Qazax avtomobil magistralında çəkilib. Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sanki magistralda yox, yarış meydançasındadır.
Sürücu avtobusu saatda 160 km sürətlə idarə edir. Sürücü hətta döngələrdə də sürətini azaltmır. 10 RO 299 dövlət qeydiyyat nişanlı avtobusun içində sərnişinlərin olub-olmadığı aydın görünmür.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozur. Qaydalara görə, avtobusların sürəti 90km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.
Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntuların sayı arta bilər.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, görüntülərə uyğun olaraq araşdırma aparılacaq. Əgər sürət həddi videoda qeyd olunduğu kimi müəyyənləşərsə, hər iki sürücüyə qanunda nəzərdə tutulan qaydada cərimə tətbiq ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir müavininin otağından və maşınından çıxan pullar - VİDEO
12.05.2020 - 15:55
Bakıda gülməli hadisə - Kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO
04.03.2019 - 13:38
Bakıda metrosunda evlilik təklifi (VİDEO)
15.01.2018 - 16:31
Hovuzda dincələn qadınları çəkib aşağıladı - VİDEO
20.07.2022 - 12:34
Moskvada ermənilərlə azərbaycanlılar arasında dava - VİDEO
11.11.2018 - 17:14
Səbinə Ərəblinin pul kisəsini belə oğurladılar — ANBAAN VİDEO
11.01.2019 - 13:37
Kamil Zeynallı Zauru hər kəsin içində belə pərt elədi - VİDEO
21.04.2019 - 11:33
Kəlbəcərin Zod qızıl yatağının görüntüləri
02.12.2020 - 14:20