Bakı-Nursultan münasibətləri necə olacaq? - Yeni dövr

Qazaxıstanın yeni Prezidenti Qasım-Comərd Tokayev təcrübəli mütəxəssisdir və uzun illər Qazaxıstan diplomatiyasında aparıcı rol oynayıb.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Tokayevin diplomatik təcrübəsi hazırda Qazaxıstan üçün çox önəmlidir:
“1990-cı illərin əvvələrində Tokayev xarici işlər naziri olarkən Azərbaycan-Qazaxıstan münasibətlərinin bünövrəsinin qoyulmasında bilavasitə iştirak edib. Düşünürəm ki, o, bu təcrübəsindən kifayət qədər yararlanacaq. Bu mənada Qazaxıstanın xarici siyasət kursu dəyişməz olaraq qalacaq”.
Politoloq qeyd edib ki, Nazarbayev də siyasətdən uzaqlaşmayacaq, Təhlükəsizlik Şurasının sədri kimi həm daxili, həm də xarici siyasi kursu müəyyən edəcək və ölkədə gedən proseslərə nəzarət edəcək.
İ.Vəlizadənin sözlərinə görə, hazırda Qazaxıstanda hakimiyyət tranziti davam etsə də, bir neçə ildən sonra vəziyyət dəyişə bilər:
“Qazaxıstanın hazırkı prezidenti Tokayev bu vəzifədə 2020-ci ilə qədər qalacaq. 2020-ci ildə Qazaxıstanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək namizədlərdən və onların şansından çox şey asılı olacaq. Bu mənada Tokayevin 2020-ci ildən sonra da Qazaxıstanın prezident olacağını birmənalı söyləmək çətindir”.
Qeyd edək ki, martın 19-da Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərinin icrası Senatın sədri Tokayeva keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı