Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
Bakı Metropolitenindən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin “Minval.info”ya verilən məlumatına görə, qeydə alınan videogörüntülər metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırılıb və həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.
Şöbənin baş inspektoru Amil Səmədovun sözlərinə görə, Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi əsasında axtarış tədbirləri həyata keçirilib:
“Müəyyən edilib ki, həmin görüntülər 14 iyul 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixinə keçən zaman “28 May” – “Həzi Aslanov” xətti üzrə hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib”.
Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
Faktla bağlı C.Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir AÇIQLAMA
Şəkidə meşəlik ərazidə yanğın başladı
Bəhram Bağırzadə Paşinyanı parodiya etdi - VİDEO
Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi - VİDEO
Bakıda sürücü yol polisinə dönər bıçağı ilə hücum edib
