Bakı metrosu yenə qarışdı - Vaqonlar boşaldıldı (SƏBƏB)
Bu gün səhər saat 08:30 radələrində Bakı metrosunda qatar “Həzi Aslanov”dan “İçərişəhər”ə sərnişinsiz gedib.
Növbətçinin “Qatara minik yoxdur” xəbərdarlığı sonrası platformaya daxil olan qatar saxlamadan yoluna davam edib.
8 dəqiqə sonra əks istiqamətdə (Üzü “Həzi Aslanov” stansiyasına doğru) hərəkət edən sərnişinlə dolu qatar növbətçinin növbəti “Qatara minik yoxdur. Vaqonları tərk edin” xəbərdarlığı ilə metroda yaranan sərnişin sıxlığı pik həddə çatıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Milli.Az-a verdiyi məlumata görə, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın sərnişinlərinin dərhal vaqonları tərk ertmələrinə, vaqonlardan birinin qapısında yaranan nasazlıq səbəb olub:
“Bir vaqonun qapısı nasaz idi. Ona görə, sərnişinləri boşaldıb, depoya getdi. Yerinə də depodan qatar buraxıldı xəttə”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!