Bakı metrosu UEFA oyunu üçün gecə işləyəcək
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək. Bu axşam saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” və “Hapoel” (İsrail, Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqası pley-off oyunu ilə əlaqədar olaraq “Bakı Metropoliteni” QSC-nin iş saatları uzadılacaq.
Minval.info xəbər verir ki, əgər matç penaltilər seriyasına qədər uzanarsa, metropolitenin iş saatı gecə saat 01:00-a qədər davam edəcək. “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında əlavə işçi qüvvəsi ayrılacaq, “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə, gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkətini davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək